“Aura” – təmizlik gözəlliyin əlamətidir!
“Aura” markasının təqdim etdiyi çeşidli salfetlər hər növ süfrə tərtibatına müvafiq düşünüldüyü üçün Siz, hətta süfrə stilistikasını bilmədən belə, əminliklə sadəcə “Aura” salfetlərini istifadə edə bilərsiniz.
İstənilən mərasimdə ən çox diqqəti cəlb edən amillərdən biri də süfrə tərtibatıdır. Süfrənin tərtib olunması tərtibatçının zövqündən və həyat səviyyəsindən xəbər verir. Bu zaman ən çox həssaslıqla yanaşılan amil süfrə mədəniyyətində aparıcı rol oynayan salfetlərin seçimidir. Bəzi tərtibatçı-dizaynerlər süfrənin daha elitar görünməsi üçün standart kağız salfetlərin əvəzinə parça dəsmallardan istifadə edirlər. Parça dəsmalın istifadəsi tərtibatda nə qədər gözəl görünüş nümayiş etdirsə də, gigiyenik baxımdan bir o qədər məqsədəuyğun deyil.
Lakin artıq bu barədə narahat olmağa ehtiyac yoxdur. Yeni “Aura” salfetləri hər baxımdan əlverişlidir. Yüksək keyfiyyətli sellülozdan hazırlanmış “Aura” salfetləri istənilən mərasimə əsl xoş aura bəxş edir. “Aura” markasının təqdim etdiyi çeşidli salfetlər hər növ süfrə tərtibatına müvafiq düşünüldüyü üçün, süfrə stilistikasını bilmədən belə, əminliklə sadəcə “Aura” salfetlərini istifadə edə bilərsiniz. Bəyaz, rəngli və eyni zamanda ekzotik naxışlı “Aura” salfetləri süfrəyə əsl zadəgan dəbdəbəsi bəxş edir. Lüks dizayn və çalarlılıqla yanaşı “Aura“ salfetləri həm də zərifliyi və hamarlılığı ilə də seçilir. Məhz bu hamar və zərif liflər sayəsində, salfetlər istifadə zamanı dəridə heç bir allergik reaksiya yaratmır, əksinə, dərinizi sakitləşdirərək, xoş ovqat bəxş edir.
